Xəbər lenti

Daily Express Putinin Ukrayna ilə bağlı Qərbə xəbərdarlığından yazdı
Dünya 11:28 01.06.2024

Daily Express Putinin Ukrayna ilə bağlı Qərbə xəbərdarlığından yazdı

Rusiya prezidenti Vladimir Putinin ABŞ və Aİ tərəfindən Ukraynada münaqişənin gərginləşməsi riskləri ilə bağlı Qərbə xəbərdarlıq etməsi Qərb ölkələrinə güclü siqnal olub. 

Qaynarinfo xəbər verir ki, Britaniyanın "Daily Express” qəzeti Rusiya prezidentinin bəyanatını belə dəyərləndirib.

"Putin Ukraynadakı münaqişənin eskalasiyası ilə bağlı Qərbə ciddi xəbərdarlıq edərək, dəhşətli qlobal nəticələrin potensialını vurğuladı”, - nəşr yazır.

Putin bu sözləri Daşkənddə keçirdiyi mətbuat konfransında deyib və o, NATO üzvlərinin Avropadakı roluna da toxunub.

Qəzetin yazdığına görə, Rusiya prezidenti xəbərdarlıq edib ki, kiçik Avropa ölkələri Rusiyanı təxribata çəkməklə bağlı riskləri nəzərə almalıdırlar.

Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və dövlət katibi Entoni Blinken Amerika prezidenti Co Baydeni Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə zərbələr endirməyə icazə verməyə inandırmağa çalışdığı bildirilib.

Nəticədə Bayden razılaşıb və Pentaqona və Sallivana dəyişikliklər üzərində işləmək tapşırığı verib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->