Xəbər lenti

DTA: ”Tavuşun Tovuz kimi getməsi Booking.com-un texniki səhvidir”
Ölkə 18:20 20.06.2024

DTA: ”Tavuşun Tovuz kimi getməsi Booking.com-un texniki səhvidir”

Xəbər verdiyimiz kimi "Booking.com" saytında Azərbaycanın Tovuz rayonu Ermənistan ərazisi kimi göstərilib.
 
Qaynarinfo məsələni araşdırmaq üçün Dövlət Turizm Agentliyi ilə əlaqə saxlayıb.
 
Dövlət Turizm Agentliyindən (DTA) "Booking.com"da Azərbaycanın Tovuz rayonunun Ermənistanın ərazisi kimi göstərilməsinə aydınlıq gətirərək bildirilib ki, bu, texniki qüsurdur. "Ermənistanın Tavuş rayonuna aid turizm məkanlarının orfoqrafik səhv olaraq "T'ovuz” yazılaraq axtarışa verilməsi platformanın özü ilə bağlı olan texniki qüsurdur", - deyə açıqlamada qeyd edilib. 

Açıqlamada daha sonra bildirlir ki, DTA tərəfindən mütəmadi olaraq bu kimi xarici və beynəlxalq səyahət platformalarında monitorinqlər aparılır, yanlış olaraq qeyd edilmiş və ya təhrif edilmiş məlumatlar üzrə müvafiq düzəlişlərlə bağlı digər aidiyyəti dövlət qurumları ilə birgə rəsmi müraciətlər göndərilir: "Platformada aidiyyəti üzrə axtarış edərkən siyahıda çıxan qonaqlama vasitələrinin yerləşdiyi əraziyə baxmaq üçün "Show on map" butonuna klik etdikdə açılan xəritədə Ermənistanın Tavuş rayonunun ərazisini görmək mümkündür”.  

Bahar Rüstəmli
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->