Xəbər lenti

ÜST həyacan təbili çaldı: Dünyada vəbaya yoluxma halları artıb
Sağlamlıq 17:59 20.06.2024

ÜST həyacan təbili çaldı: Dünyada vəbaya yoluxma halları artıb

May ayında qlobal vəba xəstəliyinə yoluxma nisbəti 58% artıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilatın məlumatına görə, may ayında 19 ölkədən 46 424 vəbaya yoluxma faktı qeydə alınıb. Aprel ayı ilə müqayisədə may ayında xəstəliyə 58% daha çox yoluxma halı aşkar edilib.

Mütəxəssislər aydınlaşdırıblar ki, Şərqi Aralıq dənizində xüsusilə yüksək insident müşahidə olunub. Əfqanıstanda 13 mindən çox, Pakistanda isə 13 mindən çox yeni hadisə qeydə alınıb.

2023-cü ilin yanvarında ÜST qlobal vəba vəziyyətini "üçüncü dərəcəli fövqəladə vəziyyət” kimi təsvir edib.

Vəba vibrio cholerae tərəfindən törədilən təhlükəli yoluxucu xəstəlikdir. Patogen insan orqanizminə çirklənmiş qida və ya su vasitəsilə daxil olur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->