Şahzadə Keyt Middleton yaxın vaxtlarda ictimaiyyət qarşısına çıxmayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Entertainment Tonight" məlumat yayıb.
Kral eksperti Keti Nikolun fikrincə, Rəngli əsgərlərin paradında iştirak xəstə Keyt Middletonun vəziyyətinə mənfi təsir göstərib. Uels şahzadəsinin qala tədbirində sağlam və xoşbəxt görünməsinə baxmayaraq, bu, onun üçün çətin olub.
"O, uzun müddət ayaq üstə idi, paradı izləyirdi. Ondan oturmağı xahiş etdilər və bunu minnətdarlıqla qarşıladı. Bu onu göstərir ki, Keyt müalicəyə başlamazdan əvvəl olduğu kimi indi o qədər də güclü deyil", deyə Keti Nikol bildirib.
Martın 22-də Heyt Middleton profilaktik kimyaterapiyanın ilkin mərhələlərini keçdiyini açıqlayıb. Şahzadə Uilyamın həyat yoldaşı xərçəngin qarın boşluğundan əməliyyatdan sonra edilən testlər zamanı aşkar edildiyini deyib.
Şahzadə Miladdan bəri heç bir tədbirə qatılmayıb. İyunun 15-də o, uzun müddətdən sonra ilk dəfə ictimaiyyətə çıxıb. Keyt Middleton kral ailəsinin üzvləri ilə "Trooping the Color” paradında iştirak edib və sonra Bukingem sarayının eyvanında fotoqraflara poza verib. İnternet istifadəçiləri Keyt Middletonun tədbirdə görünməsini aktiv şəkildə müzakirə ediblər. Pərəstişkarları şahzadənin xeyli arıqladığını görüblər.
Aydın
Şərhlər