Xəbər lenti

Ermənistanda Aİ-yə üzvlüklə bağlı təcili referendum keçirmək təklif edildi
Dünya 17:18 20.06.2024

Ermənistanda Aİ-yə üzvlüklə bağlı təcili referendum keçirmək təklif edildi

Ermənistanda "Demokratik Qüvvələrin Platforması” ölkə hakimiyyətinə 3-4 ay ərzində Avropa İttifaqına daxil olmaq üçün referendum keçirməyi təklif edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə forumda "Azad Vətəndaş” ictimai təşkilatının rəhbəri Hovsep Xurşudyan bildirib.

Forumda ictimai təşkilatların və siyasi partiyaların nümayəndələri bir araya gəlib. Təşkilatçıların dediyi kimi, hakim "Vətəndaş sazişi” partiyasının nümayəndəsi məsələnin müzakirəsinə qoşula bilməyib.

"Bu, bizim tariximizdə 2-3 il əvvəl təsəvvür edə bilmədiyimiz dönüşdür”, - deyə Xurşudyan bildirib.

"Respublika” partiyasının lideri Aram Sarkisyan bildirib ki, təşəbbüsün bir məqsədi var - "Ermənistanı mümkün qlobal təlatümlərdən qorumaq və təlatümdən itkisiz çıxmaq”. Siyasətçi iddia edir ki, məsələ ictimai əhəmiyyət kəsb edir, ona görə də parlamentin Avropaya inteqrasiya komissiyasında müzakirələrə başlanılıb, parlamentdə də dinləmələr keçiriləcək.

"Bu referendumun ideyası 1991-ci ildə Ermənistanın müstəqilliyi ilə bağlı referenduma bərabərdir ki, bu da Ali Şuranın, Ermənistan cəmiyyətinin və xalqının apardığı işi tamamlayır”, - Sarkisyan bildirib.

Qeyd edək ki, Ermənistan parlamentinin Avropaya inteqrasiya daimi komissiyası iyunun 21-də "Ermənistanın Avropa İttifaqına daxil olmaq ərizəsi ilə bağlı referendumun keçirilməsi təklifi” mövzusunda parlament dinləmələri təşkil edəcək. Dinləmələrin keçirilməsi təşəbbüsü ilə bir sıra qeyri-parlament partiyalarından ibarət "Demokratik Qüvvələrin Platforması” çıxış edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->