Xəbər lenti

Dünyada qaçqınların sayı rekord qırır
Dünya 17:39 20.06.2024

Dünyada qaçqınların sayı rekord qırır

20 iyun Ümumdünya Qaçqınlar Günüdür. BMT-nin məlumatına görə, hər dəqiqədə 20 nəfər müharibə, təqib və ya həyatları üçün qorxu səbəbindən evlərini tərk edir. 

Qaynarinfo xəbər verir ki, 2023-cü ildə köçkünlərin ümumi sayı əvvəlki illə müqayisədə 108,4 milyon nəfərdən 117,3 milyon nəfərə yüksələrək yeni rekorda imza atıb.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) əməliyyat məlumatlarına görə, 2024-cü ilin may ayına qədər bu say 120 milyon nəfərə çatıb. Evlərini tərk edənlərin əksəriyyəti (68,3 milyon) məcburi köçkünlərdir, 43,4 milyonu isə başqa ölkələrə gedib.

2023-cü ildə qaçqın və köçkünlərin sayının artmasına ən çox töhfə verənlər Sudan, Konqo Demokratik Respublikası, Myanma və Qəzza zolağındakı münaqişələr olub. Ümumi rəqəmləri götürsək, dünyada bütün qaçqınların demək olar ki, dörddə üçü (73%) beş ölkədəndir: Əfqanıstan, Suriya, Venesuela, Ukrayna və Cənubi Sudan. Qəbul edən ölkələr arasında İran, Türkiyə, Kolumbiya, Almaniya və Pakistan liderlik edir - xaricə gedən hər beş qaçqından ikisi bu ölkələrdən birində qalıb. Çox vaxt insanlar qonşu ölkələrdə məskunlaşırlar.

BMT-nin məlumatına görə, 2023-cü ildə 5 milyondan çox məcburi köçkün və 1 milyon qaçqın öz evlərinə qayıda bilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->