"Son zamanlar qida zəhərlənməsi halları çoxalıb. Bu məsələdə statistika düzgün aparılmalıdır".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.
Deputat vurğulayıb ki, qida zəhərlənmələrindən ölənlərin sayı artmaqdadır:
"Bu kimi halların səbəbləri ilə bağlı ictimaiyyətə məlumat verilməlidir”.
Azay Quliyev AQTA-nın tək qidanın təhlükəsizliyinə yox, eləcə də keyfiyyət məsləsinə də fikir verməli olduğunu vurğulayıb:
"Bu gün bazarda keyfiyyəti aşağı və təhlükəli qida məhsulları satılır. Bundan başqa, keyfiyyətsiz və təhlükəli qidalar sərhədi keçərək ölkəyə daxil olur. Bu məsələyə ciddi yanaşmaq lazımdır".
Qafqaz Rafiqoğlu
Şərhlər