Şimali Koreya lideri Kim Çen In yenə edam qərarları ilə gündəm olub.
Qaynarinfo xəbər verir ki, diktator bu dəfə 5 diplomatı edam etdirib.
ABŞ prezidenti Donald Trampla Vyetnamda baş tutan ikitərəfli görüşün uğursuz başa çatmasına görə In Vaşinqtonla danışıqlara cavabdeh olan 5 diplomatı, o cümlədən ABŞ-la əlaqələr üzrə xüsusi nümayəndə Kim Hek Çxolu edam etdirib.
Qeyd edək ki, bir qrup diplomat isə cəza olaraq islah-əmək düşərgələrinə sürgün olunublar.
Şərhlər