Siyasət 18:51 26.09.2023

Dövlət Departamenti Ərdoğanın Azərbaycana səfərini şərh etdi

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfərini şərh edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.

Miller sentyabrın 22-də Nyu Yorkda keçirilən görüşdə bu səfərlə bağlı məsələlərin, xüsusilə Türkiyə ilə Azərbaycan arasında Ermənistan ərazisindən keçməklə mümkün nəqliyyat marşrutlarının ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən müzakirə edildiyini bildirib.

Miller Ermənistan və Azərbaycan, o cümlədən Türkiyə arasında sülh sazişinin əldə olunmasında bütün müttəfiqlərin və tərəfdaşların konstruktiv roluna ümid etdiyini bildirib.

Dövlət Departamentinin sözçüsü bu məsələ ilə bağlı əlavə şərh verməyib.

Nizami Bağırov