Xəbər lenti

Dünya çempionatı: Azərbaycanın cüdo millisi gümüş medal qazandı (YENİLƏNİB)
İdman 22:56 28.08.2022

Dünya çempionatı: Azərbaycanın cüdo millisi gümüş medal qazandı (YENİLƏNİB)

Cüdo üzrə Azərbaycan milli komandası Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən dünya çempionatında final görüşünə çıxıb.

Qaynarinfo xəbər verir ki, həlledici qarşılaşmada Fransa yığmasına məğlub olan kollektiv gümüş medalla kifayətlənib.

Fidan Əlizadə (63 kq) yarımfinal görüşündə zədələndiyindən kollektiv fransızlara qarşı 5 cüdoçu ilə mübarizə aparıb. Qarşılaşma 3:3 hesabı ilə başa çatdığından, qalib püşkatma yolu ilə müəyyənləşib.

19:41
 
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında Azərbaycan milli komandası finala yüksəlib.

Qaynarinfo xəbər verir ki, ilk qarşılaşmada rəqib meydan sahibləri olub. 4:1 hesablı qələbə qazanan Azərbaycan millisi 1/4 finalda Kanadanı da üstələməyi bacarıb - 4:2.

Ukrayna ilə yarımfinal görüşündə əsas hissə 3:3 hesablı heç-heçə ilə nəticələnib. Ona görə də qarşılaşmanın taleyi qızıl xal bölümündə həll olunub. Bu zaman komanda adından tatamiyə çıxan Nizami İmranov (60 kq) rəqibini ipponla məğlub edərək, Azərbaycan millisini finala daşıyıb.

Həlledici qarşılaşmada rəqib Tunis - Fransa yarımfinalının qalibi olacaq. Azərbaycan yığması görüşə itki ilə çıxacaq. Komanda üzvü Fidan Əlizadə (63 kq) yarımfinal görüşündə zədələndiyi üçün həkim müayinəsindən sonra xəstəxanaya aparılıb.

Qeyd edək ki, komanda yarışında Azərbaycan 8 idmançı ilə təmsil olunur. Qızlar arasında Aydan Vəliyeva (48 kq), Fidan Əlizadə (63 kq) və Nigar Süleymanova (+63 kq), oğlanların yarışında isə Nizami İmranov və Şahin Oruczadə (60 kq), Camal Bağışov və Əli Hacızadə (81 kq), həmçinin Ramazan Əhmədov (+81 kq) gücünü sınayacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->