Xəbər lenti

Dünyanın ən böyük amfibiyasının 9 ayrı növü ola bilər (ARAŞDIRMA)
Dünya 23:40 07.10.2024

Dünyanın ən böyük amfibiyasının 9 ayrı növü ola bilər (ARAŞDIRMA)

Bir vaxtlar tək bir növ olduğu düşünülən Çin nəhəng salamandrı (amfibiya) yeni bir araşdırmaya görə, əslində doqquz ayrı növ ola bilər.

Qaynarinfo "Interesting Engineering"ə istinadən xəbər verir ki, Cənubi Çin nəhəng salamandrı uzunluğu 1,8 metrə çatan dünyanın ən böyük amfibiyası adına iddialıdır. Onun bir neçə növünün olması fikri indiyədək mövcud olub - tədqiqatçılar bu ehtimalı son 20 il ərzində qəbul ediblər.

Tədqiqat müəllifi Melissa Marra görə, Çin nəhəng salamandrlarına baxmaqla bir neçə növün olub-olmadığını söyləmək çətindir, çünki onların görünüşü milyonlarla ildir eyni qalıb.

Əlavə araşdırma üçün elm adamları müxtəlif salamandr populyasiyaları arasındakı DNT fərqlərini təhlil ediblər və onların digər salamandr növləri arasında müşahidə edilən fərqlərlə müqayisəsini aparıblar.

Tədqiqata görə, oxşar görünsələr də, genetik olaraq ən azı yeddi ayrı növə bölünüblər. Doqquz növ ola bilər, baxmayaraq ki, məlumatlar əminliklə təsdiqləmək üçün kifayət qədər güclü deyil.

Qeyd edilir ki, tədqiqatın nəticələri bu salamandrların mühafizəsi səylərinin formalaşmasında həlledici rol oynamalıdır.

"Nəticələrimiz bu unikal amfibiyaların çox gec olmadan qorunmasının təcili ehtiyacını vurğulayır", deyə Marr bildirib.

Müəlliflər qeyd edirlər ki, Çin nəhəng salamandrları nəsli kəsilməkdə olan növlər kimi təsnif edilir, ilk növbədə, Çin ləzzət bazarını təmin edən salamandr yetişdirmə sənayesini dəstəkləmək üçün vəhşi populyasiyaların həddindən artıq istismarı səbəbindən...

Alimlər öz məqalələrində izah edirlər ki, adı açıqlanmayan növlərin milli və ya beynəlxalq mühafizə strukturlarına daxil edilməsi mümkün deyil və bu, onların bərpa işlərindən kənarda qalma riski ilə üzləşir.

Tədqiqatın müəlliflərindən biri Samuel Turvey bildirib ki, diqqət Çində əvvəllər məlum olmayan nəhəng salamandr növlərinin müəyyən edilməsi, sağ qalanların tapılması və onların qorunma qanunları çərçivəsində tanınmasının təmin edilməsinə yönəldilməlidir.

"Hazırda müəyyən etdiyimiz bütün növlərin daimi nəsli kəsilmə riski yüksəkdir. Əgər dünyanın ən böyük amfibiyalarının itkisinin qarşısını almaq istəyiriksə, bu yeni tanınan növlərin rəsmi şəkildə tanınmasını və qanunla qorunmasını təmin etmək üçün təcili hərəkətə keçməliyik", deyə əlavə edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->