Xəbər lenti

Nazir mayoru rəis təyin etdi
Ölkə 16:32 13.07.2026

Nazir mayoru rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin "N" saylı hərbi hissəsinə yeni rəis təyin edilib.

Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə mayor Xaspulatov Anar Əlimurad oğlu "N” saylı hərbi hissənin rəisi təyin olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl sözügedən "N” saylı hərbi hissənin rəisi polkovnik-leytenant Seyidəhməd Nurayev vəzifəsindən azad edilərək Fövqəladə Hallar Nazirliyinin Bakı Alayının komandiri təyin edilmişdi.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->