Keçmiş stüardessa Cinni Vini təyyarə sərnişinlərinin enişdən dərhal sonra etdiyi geniş yayılmış səhvin təhlükəli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Qaynarinfo-nun "Express" nəşrinə istinadən məlumatına görə, o bildirib ki, sərnişinlər təyyarə dayanacağa çatana və "Təhlükəsizlik kəmərlərini bağlayın" işarəsi sönənə qədər yerlərində oturmalı və kəmərlərini açmamalıdırlar.
Onun sözlərinə görə, bir çox sərnişin təyyarə yerə endikdən sonra ayağa qalxmağın təhlükəsiz olduğunu düşünsə də, təyyarə hələ də hərəkətdə olur və gözlənilmədən əyləc verə və ya qəfil manevr edə bilər. Bu isə ayaqüstə olan insanların tarazlığını itirərək xəsarət almasına səbəb ola bilər.
Mütəxəssislər sərnişinlərə təyyarə enməzdən əvvəl çıxış üçün hazırlaşmağı, vacib əşyalarını əl altında saxlamağı və növbəti reysə tələsmələri halında bu barədə öncədən bort bələdçilərinə məlumat verməyi tövsiyə edirlər.
Turizm şirkəti "Lapland Famille"nin nümayəndəsi bildirib ki, təhlükəsizlik kəməri siqnalı təsadüfi quraşdırılmayıb və onun sönməsini gözləmək ciddi xəsarət riskinin qarşısını ala bilər. Onun sözlərinə görə, sıx bağlantılı reysi olan sərnişinlər üçün də ən doğru yol ayağa qalxaraq keçiddə gözləmək deyil, əvvəlcədən bort bələdçilərinə müraciət etməkdir.
Günay
Şərhlər