Ölkə 17:52 10.08.2022

Dünyanın ən hündür bayraq dirəyi Azərbaycana gətirildi (VİDEO)

Türkiyənin "Çimtaş” şirkəti tərəfindən hazırlann dünyanın ən hündür bayraq dirəyi artıq Azərbaycana gətirilib.

Qaynarinfo "Trend"ə istinadən xəbər verir ki, Bakıda dirək platformasının ümumi hündürlüyü 191 metr olan dünyanın ən hündür bayraq dirəyinin quraşdırılması prosesi aparılır.

Dirək əsasından yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək, fırlanan seqmentdən ibarət olacağı gözlənilir.