Böyük Britaniyada qeyri-rəsmi olaraq dünyanın ən yaşlısı hesab edilən "Rozi" adlı pişik 33 yaşında ölüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" qəzeti
yazıb.
Nəşr qeyd edir ki, onun yaşı 152 insan yaşına bərabərdir. Ev heyvanı sahibi, 73 yaşlı Lila Brissett pişiyin keçən həftə Norviçdəki evlərində öldüyünü bildirib.
Pişik 1991-ci ildə anadan olub, 1 iyunda 33 yaşı tamam olub. Lila onu kiçik vaxtına qəbul edib.
Ən yaşlı pişiyin statusu rəsmi olaraq ona verilməyib: 2023-cü ildə Ginnesin Rekordlar Kitabının nümayəndələri "Rozi"nin sahibindən rəsmi titul üçün ərizə təqdim etməyi xahiş ediblər, lakin qadın bunu etməyib. Rəsmi olaraq, indi ən yaşlı pişik İngiltərədə yaşayn "Flossie" adlı pişik hesab olunur - onun 28 yaşı var.
Aydın
Şərhlər