"Pandemiya bitməyib, davam edir. Nə qədər həyat var, bir o qədər də koronavirus davam edəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib. Onun fikrincə, artıq insanlar bunu psixoloji baxımdan da qəbul edib:
"COVİD-i həyatımızın bir parçası qəbul etməliyik. O, həyatımızın bir parçasıdır, ilbəil azalacaq-çoxalacaq, yanaşı xəstəlikləri olanlar ağır keçirəcək, ölüm halları olacaq. Artıq dünya səhiyyəsi də anlayır ki, sərt karantin tətbiq etməklə virusun kökünü kəsmək mümkün olmayacaq. Yəni COVİD-lə yola getmək lazımdır”.
Vüqar Cavadzadə hesab edir ki, bundan sonra vəziyyətin necə olacağı vətəndaşlardan asılıdır:
"Məsuliyyətli olmaq lazımdır. Hər kəs özünü qorumalıdır”.
Bahar Rüstəmli
Şərhlər