"Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov da İngiltərədə maliyyə şirkəti açıb”.
Qaynarinfo mia.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı hazırda ölkə xaricində yaşayan jurnalist Cavanşir Həsənli verib. Bildirilir ki, "MEA CAPITAL LIMITED” adlı qurum keçən ayın 11-də Londonda qeydiyyatdan keçirilib. Şəhadətnamə nömrəsi 11618237.
Təsisçinin qeydiyyat ünvanı: Union House Walton Lodge, Bridge Street, Walton-On-Thames, Surrey, United Kingdom
"Yeri gəlmişkən, bu ünvan Temza çayı sahilində yerləşir və bahalı villaları, yaxtaları ilə məşhurdur. Keçmiş kənd təsərrüfatı İsmət Abbasovun oğlu Yunis Abbasovun da Walton-On-Thamesda villası və yaxtası var.
Şirkətin adının mənası da aydındır: Mahmudov Eldar & Anar".
Jurnalist həmçinin iddia edir ki, Anar Mahmudovun qayınatası Cahangir Hacıyevin Beynəlxalq bankdan oğurladığı pullar da MEA-nın təsisində istifadə olunub.
Şərhlər