Elmar Məmmədyarov uzun fasilədən sonra üzə çıxdı (FOTOLAR)

Elmar Məmmədyarov uzun fasilədən sonra üzə çıxdı (FOTOLAR)

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov vəzifədən çıxarıldıqdan sonra ilk dəfə görünüb.

Qaynarinfo xəbər verir ki, o, bu gün üzvü olduğu AFFA İcraiyyə Komitəsinin iclasında iştirak edib.

Onun nisbətən arıqladığı və qalstuk taxmadığı diqqətdən qaçmayıb.

Qeyd edək ki, 16 il Azərbaycanın xarici işlər naziri olmuş Elmar Məmmədyarov ötən ilin iyulun 16-da ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə işdən azad edilib.

Məmmədyarov Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən namizədliyi irəli sürülüb və 2016-cı ilin martın 11-dən AFFA İcraiyyə Komitəsinin üzvü seçilib.

XƏBƏRLƏR
BLOGLAR
X