Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni department müdiri təyin olunub.
Qaynarinfo-nun məlumatına görə, AAYDA sədri Vüsal Nəsirlinin əmri ilə Yusif Ağayev qurumun Sənədlərlə İş Departamentinin müdiri vəzifəsinə gətirilib.
Qeyd edək ki, Yusif Mürsəl oğlu Ağayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Həmkarlar İttifaqı Komitəsinin sədri, şöbə müdiri və akademiyanın Dillər kafedrasının dosenti olub. O, ötən ilin sonuna qədər Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini müvəqqəti icra edib.
Aydın

Şərhlər