Xəbər lenti

Ərəb klubundan Salaha çılğın təklif
İdman 12:52 08.08.2023

Ərəb klubundan Salaha çılğın təklif

Səudiyyə Ərəbistanı klublarının son hədəfi Məhəmməd Salahdır.

Son zamanlar sensasion transferlərlə diqqət çəkən ərəb komandaları indi "Liverpul”un misirli ulduzu Məhəmməd Salah üçün astronomik təklif hazırlayıb. 

Qaynarinfo-nun məlumatına görə, "Al-İttihad” misirli ulduza görə 250 milyon avro büdcə ayırmağa hazırlaşır. Al-Riyadiyanın xəbərinə görə, Səudiyyə Ərəbistanı komandasının "Liverpul"a bu transfer üçün 70 milyon avro verməyə hazır olduğu bildirilir. "Al-İttihad”ın Salaha ödəməyi planlaşdırdığı illik qonorar 90 milyon avrodur. Səudiyyə komandası misirli ulduzla ikiillik müqavilə imzalamağı hədəfləyir.

Ötən mövsüm "Liverpul"da 51 oyun keçirən hücumçu bu müddətdə 30 qola, 16 məhsuldar ötürməyə imza atıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->