Ermənilər Anarın videosunu paylaşdı, dava düşdü (FOTO/VİDEO)
Stilist Anar Ağakişiyevin üzü yanmış xanımı makiyaj etməsinin yer aldığı video xarici ölkələrdə də sosial şəbəkələrin müzakirə obyektinə çevrilib.
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, görüntüləri hətta erməni saytları və İnstaqram səhifələri paylaşıb. Bu isə erməni izləyicilərin etirazına səbəb olub. Onlar videonu paylaşan profillərə şikayət yazaraq, azərbaycanlı stilistin işini yayımlamalarına etiraz bildiriblər.
Qeyd edək ki, Anarın sözügedən videosuna məşhur dünya ulduzu Peris Hilton da rəy yazmış və kövrəldiyini bildirmişdi.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər