Ermənistan hakimiyyəti Rusiya telekanallarının bağlanmasını müzakirə edir.
Qaynarinfo xəbər verir ki, bu barədə hakim "Vətəndaş sazişi" Partiyasından olan deputat Lusine Badalyan məlumat verib.
"Təbii ki, bu məsələlər müzakirə olunur, müvafiq idarələr qəbul edilən qərarla bağlı açıqlama verəcəklər. Bu məsələ uzun müddətdir müzakirə edilir, hətta parlamentin plenar iclaslarında da qaldırılıb”, deyə Badalyan Factor.am-a bildirib
Onun sözlərinə görə, bu, dövlət təhlükəsizliyi məsələsidir, çünki Rusiya telekanallarının məzmunu "anti-erməni” xarakter alıb.
Sentyabrın 24-də Ermənistanın baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan Rusiya mətbuatını ölkəyə qarşı "hibrid müharibə” açmaqda ittiham edib. O, NTV-nin İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyalarını işıqlandırmasına belə münasibət bildirib. Telekanal nümayişçilərin hökumət binasına soxulduğunu iddia etsə də, hakimiyyət bunu təkzib edib.
İrəvan Mətbuat Klubunun rəhbəri Boris Navasardyan bildirib ki, Ermənistanın Televiziya və Radio Komissiyası hökumətə Birinci Kanal və "Rossiya-1”in multipleks yayımı haqqında hökumətlərarası sazişin ləğvinə imkan verən hüquqi əsaslar təqdim edib. Eyni zamanda, onlar alternativ platformalar üzərində işləməyə davam edəcəklər.
Aydın
Şərhlər