Siyasət 09:45 01.02.2023

Ermənistan vətəndaşları Qarabağ ermənilərinə Azərbaycanda etnik azlıq statusunun verilməsini istəmir

"Gallup”ın Ermənistan ofisi bu ay bu öölkə vətəndaşları arasında Laçın yolundakı vəziyyətlə bağlı sorğu keçirib. Suallardan biri belə olub: "Sizin üçün "Artsax əhalisinə” (Qarabağda yaşayan ermənlər nəzərdə tutulur - red.) Azərbaycanın tərkibində milli azlıq statusu verilməsi məqbuldurmu?”

Qaynarinfo xəbər verir ki, bu barədə "Yerevan today” məlumat yayıb.

Ofisin rəhbəri Aram Navasardyan sorğunun nəticələrini aşağıdakı kimi açıqlayıb: 

1% - birmənalı şəkildə məqbuldur
1% - kifayət qədər məqbuldur
3,2% - kifayət qədər qəbuledilməzdir
94,2% - qətiyyən məqbul deyil
0,6% - cavab verməkdə çətinlik çəkib

Sorğunun nəticələrinə görə, Ermənistan vətəndaşları Qarabağ ermənilərinə Azərbaycanın tərkibində milli azlıq statusunun verilməsinin qəti əleyhinədirlər, yəni bu istiqamətdə aparılan danışıqların və siyasəti qəbul etmirlər.

Eyni zamanda, bildirilir ki, əvvəllər cavab verməkdə çətinlik çəkən respondentlər var idisə, indi onların mövqeyi birmənalıdır. 

Nizami Bağırov