Xəbər lenti

Ermənistan yenə KTMT-yə
Ölkə 23:42 30.11.2023

Ermənistan yenə KTMT-yə "yox" dedi

KTMT-yə üzv ölkələrinin nümayəndələrinin işçi görüşü olub.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş Skopyedə keçirilən ATƏT iclası çərçivəsində baş tutub.

Tərəflər ATƏT-in gündəliyində duran əsas məsələlərə yanaşmalarını korreksiya edib və digər beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
 
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan ölkəsinin bu görüşdə iştirak etmədiyini bildirib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri KTMT sammitində iştirak etməkdən imtina etmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->