Xəbər lenti

Ermənistandan Azərbaycana keçmək istəyən Çex vətəndaşı Ali Məhkəməyə üz tutdu
Ölkə 21:16 19.07.2024

Ermənistandan Azərbaycana keçmək istəyən Çex vətəndaşı Ali Məhkəməyə üz tutdu

Ermənistandan Azərbaycana keçmək istəyən Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimir Ali Məhkəməyə müraciət edib.


Report xəbər verir ki, kassasiya şikayətinə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq.


Xatırladaq ki, o, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimir Ermənistan- Azərbaycan dövlət sərhədini qanunsuz keçərkən saxlanılıb və Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi cərçivəsində ona Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikası dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə ittiham irəli sürülüb.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->