Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Rusiya və Belarusun Estoniyanın 2024-cü ildə sədrliyinə razılıq verməkdən imtina etməsi səbəbindən dağa bilər.
Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, Haavisto 2024-cü ildə sədr olmazsa və bu məsələdə konsensus yoxdursa, o zaman "gələn il ATƏT-in bir təşkilat olaraq məhv edilməsi ili olacaq” deyə
bildirib.
ATƏT-in qaydalarına əsasən, hər il təşkilata xarici işlər nazirinin rəhbərliyi ilə iştirakçı ölkələrdən biri sədrlik edir. Namizədlik ATƏT-in bütün üzvləri tərəfindən təsdiqlənməlidir. Rusiya və Belarus Estoniyanın 2024-cü il üçün bu vəzifəyə namizədliyini təsdiq etməyib, Estoniya isə namizədliyini geri götürməkdən imtina edib.
Bundan əvvəl Estoniya dəfələrlə Rusiya Federasiyasının Ukraynada keçirdiyi "xüsusi hərbi əməliyyatla” əlaqədar Moskvaya qarşı sanksiyaların tətbiqinə çağırıb, həmçinin bir sıra istisnalarla rusların ölkəyə girişini qadağan edib.
Alpər
Şərhlər