Xəbər lenti

FP: Rusiyanın aktivlərinin müsadirəsi terrorla mübarizəni çətinləşdirəcək
Dünya 16:35 01.12.2023

FP: Rusiyanın aktivlərinin müsadirəsi terrorla mübarizəni çətinləşdirəcək

Rusiyanın Qərbdə dondurulmuş aktivlərinin müsadirə edilməsi ilə bağlı mümkün qərar bir sıra mənfi nəticələrə gətirib çıxara bilər. Xüsusilə, belə bir qərar beynəlxalq terrorizmlə mübarizəni xeyli çətinləşdirə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq münasibətlər üzrə Avropa şurasının baş elmi işçisi Aqatan Demarais Foreign Policy (FP) üçün köşə yazısında bildirib

"Qərb maliyyə kanallarının silaha çevrilməsi maliyyə fraqmentasiyasını (parçalanmasını – red.) sürətləndirəcək. Demarais hesab edir ki, maliyyə fraqmentasiyası, məsələn, terrorizm və nüvə silahlarının yayılması ilə əlaqəli qrupların maliyyə axınlarını izləyən Qərb xüsusi xidmət orqanlarının işini xeyli çətinləşdirəcək”.

O, həmçinin hesab edir ki, Avropa və ABŞ-dan kənarda alternativ maliyyə sistemlərinin inkişafı Qərbin gələcək sanksiyalarını daha az təsirli edəcək. Bundan əlavə, Qərbdə bloklanan Rusiya aktivlərinin mümkün müsadirəsi Aİ və ABŞ-ın maliyyə sistemlərinə inamı ciddi şəkildə sarsıda, ABŞ və Avropa siyasətçiləri isə "Qlobal Cənub”dan olan həmkarları tərəfindən ikili standartlarda və sui-istifadədə ittiham oluna bilərlər. 

Xatırladaq ki, iyun ayında Bloomberg Avropa İttifaqı (Aİ) Rusiya aktivlərini müsadirə etmək üçün hələ də hüquqi əsas tapmadığı barədə yazıb. Agentliyin məlumatına görə, Aİ ölkələrinə bu aktivlərdən istifadə etməyə tələsməməyə çağırılıb. Kreml aktivlərin müsadirəsinə cavab verəcəyinə söz verib, lakin çətin ki, bu cavab adekvat olsun. 

Noyabrın 8-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin Ukraynaya verilməsinə icazə verən qanun layihəsini təsdiqləyib.

Eyni zamanda, hazırda Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən mənfəətə vergi tətbiq edən qanun layihəsini müzakirə edir. Ehtimal olunur ki, bu vəsait Ukraynanın hərbi əməliyyatlardan sonra bərpasına sərf olunacaq. Bloomberg-in məlumatına görə, sənədin təqdimatı dekabrın 12-də planlaşdırılır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->