Xəbər lenti

Fransa Ermənistana qoşun göndərəcəkmi? (ŞƏRH)
Dünya 14:37 19.06.2024

Fransa Ermənistana qoşun göndərəcəkmi? (ŞƏRH)

"Bu addım Makronun növbəti avantürasıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Fransanın yüzə yaxın ictimai xadiminin prezident Emmanuel Makrondan Ermənistana ordu göndərilməsi xahişini şərh edərkən deyib.

Deputat bildirib ki, Makron özünün aqressiv ritorikasına indi də ictimaiyyət nümayəndələrini alət edir:

"İctimaiyyət adından siyasi müraciət hazırlatdırıb özünə ünvanlandırmaqla Ermənistana "sülhpərvər kontingent” göndərmək üçün ictimai zəmin formalaşdırmağa çalışır. Şübhəsiz ki, bu soyuqqanlı Fransa ictimai rəyinin yalnız bir hissəsi ola bilər”. 

Deputat qeyd edib ki, Fransada Makronun manipulyativ xarici siyasətinə alət olacaq yüz nəfəri ancaq tapmaq olar:

"Makron ilk dəfə deyil ki, hansısa ölkəyə hərbçilərini yerləşdirməklə bağlı təşəbbüslərlə çıxış edir. Strateji baxımdan Paris üçün də Ukrayna Ermənistandan daha vacib ölkədir. Amma bütün cəhdlərinə rəğmən Makron Ukraynaya hərbi kontingent göndərə bilmədi. Belə ki, Aİ-dəki müttəfiqlərinin əksəriyyəti onun təşəbbüsünü qəbul etmədi. Eyni şəkildə Ermənistana hər hansı bir kontingenti göndərməsi üçün də Paris Aİ-yə üzv digər ölkələrlə razılaşmalı olacaq. Əminəm ki, Makron buna da nail ola bilməyəcək. Düşünmürəm ki, Aİ bu məsələdə monitorinq missiyasında olduğu kimi, Parisin istəyinə uyğun yekdil qərar qəbul etsin. Çünki birlik üzvlərinin hər birinin öz maraqları da var”. 

Makronun bu ideyasının baş tutmayacağının əsas faktorlarından biri də həmsöhbətimizə görə, Rusiyanın mövqeyidir:

"Ermənistanda hazırda Rusiya hərbi bazası mövcuddur. Bu baza çıxarılmadan Fransa hər hansı bir ordu və yaxud sülhməramlı qüvvə göndərə bilməz”. 

H. Babaoğlunun fikrincə, bu məsələ ilə bağlı NATO daxilində konsensusun əldə edilməsi də problemativdir:

"Fransa əsgəri həm də NATO əsgəridir. Bu mənada Fransa əsgərinin hər hansı bir ölkəyə göndərilməsi üçün NATO daxilində də konsensus olmalıdır”. 

Qeyd edək ki, Fransanın yüzə yaxın tanınmış simaları Fransa Silahlı Qüvvələrinin Ermənistana göndərilməsi xahişi ilə ölkə Prezidenti Emmanuel Makrona müraciət ünvanlayıb. Onlar guya Azərbaycan tərəfindən Ermənistana hər hansı təhlükənin olduğuna dair absurd ittihamla çıxış ediblər. Müraciəti ünvanlayanlar "bir çox fransızı və hüquq müdafiəçilərini narahat edən çox mühüm bir vəziyyətə - Ermənistanın mövcudluğu ilə bağlı vəziyyətə diqqət yetirməyi" Makrondan xahiş ediblər. Onlar Fransa hərbçilərinin "sülhməramlı kontingent" şəklində Ermənistana göndərilməsinə çağırış ediblər. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->