Xəbər lenti

Gəncə İcra Hakimiyyəti dövlət qurumunu məhkəməyə verdi (SƏBƏB)
Ekonomiks 18:18 01.08.2024

Gəncə İcra Hakimiyyəti dövlət qurumunu məhkəməyə verdi (SƏBƏB)

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional Şöbəsi ilə Gəncə Şəhər İcra Hakimiyyəti arasında qalmaqal yaranıb. 

Qaynarinfo-nun məlumtına görə, qalmaqala səbəb şöbənin icra hakimiyyətini İnzibati Xətalar Məcəlləsinin 192.6 (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) və 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) maddələri ilə cərimələməsidir. 

Bu maddələrdən aydın olur ki, icra hakimiyyəti işçilər üçün nəzərdə tutulmuş ödənişlərin verilməsində qanunvericiliyi pozmaqda və qanunsuz işdən çıxarmada ittiham edilir.  

192.6-cı maddəyə görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək, 192.4-cü maddəyə görə isə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

Gəncə Şəhər İcra Hakimiyyəti isə qərarla razılaşmayaraq məhkəməyə mürcaiət edib. İşə Gəncə Şəhər Məhkəməsində baxılacaq. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur. O, 2018-ci ildən bu vəzifədədir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->