Xəbər lenti

Gəncədə 5 yaşlı uşağın müalicəsi səhv aparılıb? (VİDEO)
Video 09:25 26.08.2024

Gəncədə 5 yaşlı uşağın müalicəsi səhv aparılıb? (VİDEO)

Nənə nəvəsinin müalicəsinin səhv aparıldığını və bu səbəbdən uşağın səhhətində problem yarandığını iddia edir.

Gəncə sakini Amaliya Qoşqarova deyir ki, 5 yaşlı nəvəsinin başında qaşınma, saçının seyrəlməsi şikayəti ilə həkimə müraciət ediblər. Ancaq aparılan müalicələr əks effekt verib.

Amaliya Qaşqarovanın iddiasına görə, uşağın vəziyyəti getdikcə daha da ağırlaşıb və bu səbəbdən müalicə üçün onu Türkiyəyə aparıblar. Qardaş ölkədə aparılan müalicə isə müsbət nəticə verib. İndi ailə dəymiş ziyana görə həkimdən kompensasiya tələb edir.

Səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq. İttiham edilən şəxs - həkim Məlahət Qəhrəmanova bildirdi ki, həmin xəstə saç yox, qurdla bağlı müraciət edib və müalicəsi normal aparılıb, ancaq ailə müalicəni sonadək davam etdirməyib.

Pul tələbi ilə bağlı iddiaya gəlincə, həkim deyir ki, ailəyə bir dəfə pul qaytarılıb, sonrakı tələbləri isə araşdırılmalıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->