Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org-un Qərb bölgəsi üzrə müxbiri xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Belə ki, 11 nömrəli marşrut xətti üzrə hərəkət edən "İsuzu" markalı mikroavtobus "Chevrolet" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində xəsarət alanlar var. Hadisə yerinə təcili yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər