Ölkə 01:03 07.11.2022

Gəncədə daha iki tibb ocağının baş həkimləri vəzifədən azad ediliblər (YENİLƏNİB)

Gəncə şəhər Üzeyir Hacıbəyli adına Ailə Sağlamlıq Mərkəzinin və Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-in Kardioloji Xəstəxanasının baş həkimləri tutduğu vəzifədən azad olunublar.

"Report”un Qərb bürosunun məlumatına görə, Üzeyir Hacıbəyli adına Ailə Sağlamlıq Mərkəzinin baş həkimi Gülxar Kamran qızı Əsgərova yaş həddi səbəbindən tutduğu vəzifədən azad olunub.

Həmçinin, Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-in Kardioloji Xəstəxanasının baş həkimi Fəxrəddin Namaz oğlu Namazov da yaş həddinə görə vəzifəsindən azad edilib.

Xatırladaq ki, buna qədər Zülfüqar Məmmədov adına Gəncə şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Qafar İbrahimovun da baş həkim vəzifəsindən azad edildiyi bildirilmişdi.

21:26

Gəncə şəhər 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi tutduğu vəzifədən azad olunub.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Qafar İbrahimov öz ərizəsi ilə işdən azad edilib.

Həmin vəzifəyə Abbas Səhəd adına 1 saylı Xəstəxananın keçmiş baş həkimi olmuş Azad Quliyev təyin olunub.