Dövlət Gömrük Komitəsinin (DGK) bütün əməkdaşları sərəncama göndərilir.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə DGK sədri, general-leytenant Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən 15.07.2023-cü il tarixindən 01.08.2023-cü ilə kimi komitənin bütün idarə və şöbələrinin rəhbər heyətlərindən tutmuş sıravi işçilərinə kimi hər kəs sərəncama götürüləcək.
Sonuncu tarixdə isə struktur yenidən formalaşdırılacaq. Bu müddətə qədər bütün əməkdaşların "işinə” yenidən baxılacaq.
Saxta diplomla rütbə alıb komitədə çalışanlar, işində ciddi nöqsanlara yol verənlər, təqaüd yaşına çatmış şəxslərin əksəriyyəti vəzifələrindən azad ediləcəklər.
Günün birinci yarısında DGK-nin Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Natiq Axunda sorğu ünvanlasaq da, xəbəri nə təsdiq, nə də təkzib edib. Xəbər yayımlandıqdan sonra isə - günün ikinci yarısı xəbərimizi təkzib edib.
Əhməd
Şərhlər