Xəbər lenti

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi apardı
Siyasət17:08 19.03.2026

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi apardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Nordic-Baltic Eight" (Şimali Baltik Səkkizliyi) ölkələrinin siyasi direktorları ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, o bu barədə "X" sosial media hesabında yazıb.
"Nordic-Baltic Eight (NB8)" ölkələrinin siyasi direktorları ilə səmərəli fikir mübadiləsi apardım. Bu, NB8-in Azərbaycana ikinci belə səfəridir və biz məmnunuq ki, NB8 ilə Azərbaycan arasında siyasi dialoq və məsləhətləşmələr inkişaf etməkdə davam edir", - paylaşımda qeyd olunub.