Xəbər lenti

Video 17:49 19.03.2026

"SafƏt Dönər"in direktoru cərimələndi - Çirkab sullara görə....

Bakıda dönər əti sitehsal edən "SafƏt" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən "SafƏt"ə (SafƏt Dönər) məxsus müəssisədə formalaşan çirkab və tullantı suları yaxınlıqda olan boş əraziyə təyinatsız olaraq axıdılması halı aşkarlanıb. 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü (içməli məişət texniki və tullantı sularının təyinatsız axıdılması) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində şirkətə məxsus qeyri-yaşayış obyektində formalaşan çirkab və tullantı suları şombaya yığılaraq oradan isə D=50 mm boru ilə obyektin yanındakı boş əraziyə nasos vasitəsi ilə axıdılır. Şirkət rəhbərinə hüquq və vəzifələri izah edilib. MMC rəhbəri isə törətdiyi inzibati xətanın məsuliyyətini dərk etdiyini bildirib. 

Məhkəmənin hökmü ilə "SafƏt" MMC-nin direktoru İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 2000 manat məbləğində cərimə edilib. 

Qeyd edək ki, 2022.06.02-ci ildə yaradılan MMC-nin qanuni təmsilçisi Musayev Əlövsət Hətəm oğludur. 2023-cü ilin yanvar ayında Qida Təhlükəsizlik Agentliyi tərəfindən aparılan yoxlama zamanı müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun olmadığına görə "SafƏt" MMC qida təhlükəsizliyi qeydiyyatı ləğv edilən sahibkarlıq subyektlərinə daxil edilmişdi. 

Əhməd

--> -->