Xəbər lenti

Gimnastlarımızdan Monteneqroda 6 medal
İdman 14:48 20.09.2021

Gimnastlarımızdan Monteneqroda 6 medal

Monteneqroda keçirilmiş beynəlxalq turnirdə gimnastlarımız da iştirak edib.
 
Gimnastika Federasiyasından Qaynarinfoya verilən məlumata görə Kamilla Seyidzadə komanda hesabına ən çox medal yazdıran gimnast olub. O, lentlə icra etdiyi proqrama görə fəxri kürsünün ilk pilləsində yer alıb.

Gürzlərlə çıxış edən Kamilla gümüş medala layıq görülüb, çoxnövçülük və halqa ilə proqramına görə istedadlı gimnastımız "bürünc" medal qazanıb.
Daha bir bürünc medalı isə o, Alina Gözəlova ilə birlikdə komanda hesabında əldə edib. Alina öz növbəsində topla çıxışına görə bürünc medal qazanıb.

Təmsilçimiz Fəxriyyə Əliyeva ən yaxşı nəticəsini topla nümayiş etdirərək, 5-ci yerdə qərarlaşıb.
 
Beləliklə idmançılarımız ümumilikdə turnirdə 1 qızıl, 1 gümüş, 4 bürünc medal qazanıblar.  
 
Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->