Paytaxtda yerləşən İran mağazalarında bəzi məhsulların üzərində son istifadə tarixi fars əlifbası ilə verilir. Bundan başqa, tarix hicri təqvimi ilə olduğuna görə vətəndaşlar məhsulları alarkən üzərindəki yazılardan heç nə başa düşülmür.
Bəzi məhsullarda isə son istifadə tarixi Miladi təqvimlə göstərilir və tərkibi haqqında latın qrafikası ilə yazılır.
Belə olan halda son istifadə tarixi anlaşılmayan məhsuldan zəhərlənmə halının olması qaçılmazdır. Maraqlıdır, vətəndaşlar bu məhsulları hansı zəmanətlə alır?
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər