Gürcüstanın şərqindəki Patardzeuli kəndi yaxınlığında neft ehtiyatları aşkarlanıb.
Qaynarinfo bm.ge portalına istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Block Energy” neft şirkətindən açıqlama verilib.
Məlumatda deyilir ki, dekabrın 9-da başlayan quyu sınaqlarının sonuncu mərhələsindən sonra bu sahədə neft hasilatı sutkada 45 barel təşkil edir.
"Patardzeuli yatağı” 2020-ci ildə "Block Energy” şirkətinə verilib. Lakin bu yataqdan hələ sovetlər dövründən neft hasil edilir. 1975-1985-ci illərdə yataqdan 98 milyon barrel neft hasil olunub.
Qeyd edək ki, iyulda Gürcüstanda həcmi 16 milyard kubmetr olan qaz yatağının aşkarlandığı barədə məlumat yayılmışdı.
Şərhlər