Milli.Az xəbər verir ki, Göygöl rayonu, Mixaylovka kəndində yanğın hadisəsi baş verib.Vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan 1 mərtəbəli 2 otaq və eyvandan ibarət fin tipli evin 1 otağın yanar konstruksiyaları 24 kv.m sahədə və ev əşyaları qismən yanıb.
Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12 radələrində söndürülüb.
Qaynar.info
Şərhlər