Xəbər lenti

49 yaşlı Ancelina Coli özündən 9 yaş kiçik reperlə sevgilidir - KİV
Maqazin 23:34 02.10.2024

49 yaşlı Ancelina Coli özündən 9 yaş kiçik reperlə sevgilidir - KİV

Bred Pittdən qalmaqallı şəkildə ayrılan məşhur amerikalı aktrisa Ancelina Coli yeni münasibətə başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Ulduz sənətçi dəfələrlə britaniyalı reper Akalanın yanında görüntülənib. Cütlük birlikdə ictimai tədbirlərə qatılır, o cümlədən bu yaxınlarda Colinin öz brendi üçün keçirilən ziyafətdə görüntüləniblər. Onlar aktrisanın "Mariya” filmini təqdim etdiyi Nyu York Film Festivalında da olublar.

Şayiələrə görə, Ancelina və Akala bir ildən çoxdur münasibətdədirlər. Məlum olub ki, reper ondan 9 yaş kiçikdir və artıq uşaqları ilə tanış olub.

Yeri gəlmişkən, nə aktrisa, nə də reper hələ ki, bu xəbərə rəsmi münasibət bildirməyib.

Qeyd edək ki, Coli ilk dəfə 21 yaşında aktyor Conni Li Millerlə evlənib. Lakin cütlük cəmi bir il birlikdə yaşayıb və boşanmaq qərarına gəlib. 2000-ci ildə Ancelina ikinci dəfə həmkarı Billi Bob Tornton ilə evlənib. Lakin bir müddət sonra münasibətlərini kəsiblər.

Daha sonra Ancelina Bred Pittlə "Cənab və xanım Smit" filminin çəkilişləri zamanı tanış olub. Onıar 5 il birlikdə yaşayıblar və dünyanın ən gözəl cütlüklərindən biri hesab ediliblər. Ancaq 2019-cu ildə kino ulduzları boşanmaq üçün ərizə vermək qərarına gəlib. Onların birlikdə altı övladı var: əkizləri Vivyen və Noks, qızları Şilo və Zahara, oğulları Pax və Maddox. Yeri gəlmişkən, Vivyen bu yaxınlarda atasının soyadından imtina edib və Coli hələ də Pitti ortaq biznesə görə məhkəməyə verir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->