XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Həftənin ilk “Açıq mikrofon” aksiyası Gədəbəy rayonunda keçirildi (FOTOLAR)
Ekonomiks13:49 19.06.2023

Həftənin ilk “Açıq mikrofon” aksiyası Gədəbəy rayonunda keçirildi (FOTOLAR)

SOCAR "Azəriqaz” İB-nin "Səyyar qəbul otağı” Gədəbəy rayonunun sakinləri üçün təşkil olunub. 
Qaynarinfo xəbər verir ki, Aksiyaya qatılan 12 sakindən 3-ü Pərizamanlı, Ərtəpə və Soyuqbulaq kəndinin qazlaşdırılmasını istəyib. Qalan digər 9 müraciətə gəlincə isə bunlar fərdi yaşayış evinin qazlaşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi və Qoşabulaq kəndinin genişlənmiş ərazisinin qazlaşdırılmasından ibarət olub. 
Şəmkir RQİİ-nin rəhbər şəxsləri ünvanlanan bütün müraciətlərlə bağlı ətraflı məlumat verdikdən sonra problem və təkliflərin Birliyin səlahiyyətləri çərçivəsində həll olunacağını bildiriblər.