Hər kəsə, hamıya olar, türklərdən başqa... - UEFA-nın ikili standartı (FOTOLAR)

Hər kəsə, hamıya olar, türklərdən başqa... - UEFA-nın ikili standartı (FOTOLAR)

Türkiyə futbolçularının verdiyi əsgər salamından sonra UEFA-nın başlatdığı araşdırma Avropa futbol qurumunun ikili standart tətbiq etdiyini üzə çıxarıb.

Qaynarinfo xəbər verir ki, UEFA Türkiyə futbolçularının qol sevincində "siyasi" məzmun gördüyünü əsas göstərib. Ancaq buna qədərki tarixdə əsgər salamı və siyasi məzmunlu çoxlu fakt var ki, onların heç birində bu cür yanaşma qeydə alınmayıb. 

Bəs nə oldu ki, eyni UEFA bu dəfə eyni qol sevinci qarşısında sorğulama başlatmaq qərarı verdi?

Avropanın ən əhəmiyyətli liqalarından olan İspaniya La Liqası (La Liga), İngiltərə Premyer Liqası və Almaniya Bundesliqasında buna qədər bir xeyli önəmli komandanın ulduz futbolçusu əsgər salamı verərək qol sevinclərini qeyd edib.

Bu sevinc kadrları həmin ölkənin yaymçı quruluşları tərəfindən təkrarlanaraq dəqiqələrcə efirdə yayımlanıb. Qəzetlərdə də gen-bol fotoları yerləşdirilib.
Bu sevinclər qarşısında o günlərdə Avropa mediasında heç bir müzakirə aparılmadığı halda türk futbolçuların Albaniya və Fransa oyunlarında qol sevincləri isə fransız rejisssoru tərəfindən senzuraya məruz qaldı, ekranlara buraxılmadı.

Milli futbolçuların qol sevinci UEFA tərəfindən mümkün təxribat kimi qiymətləndirildi. UEFA araşdırmanı aparmaq üçün də Nizam-İntizam Komitəsindən bir müfəttişin cəlb edildiyini bildirdi. UEFA-nın yaydığı açıqlamada "mümkün” ifadəsi xüsusi diqqət çəkdi. 

Türk futbolçuların hərbi salam verdiyi Fransada da ulduz futbolçu Antuan Qrizmann dünya futbolunun ən əhəmiyyətli tədbirlərindən olan dünya çempionatının finalında sevincini əsgər salamı verərək qeyd etmişdi.

Qrizmannın çempionata ev sahibliyi edən Rusiya prezidenti Vladimir Putin və bir xeyli dövlət adamının iştirakıyla həyata keçirilən kubok təqdimatı mərasimində ölkəsinin siyasi lideri olan Emmanuel Makronun qarşısında hərbi salam verməsi siyasi bir mesaj, ya da siyasi təxribat hesab edilməmişdi.
Qrizmann Yelisey Sarayında təşkil edilən çenpionluq mərasimində də Makron qarşısında bir daha hərbi salam vermişdi.

Bunlar Avropa mediası tərəfindən dövlət başçısına edilən sevimli bir jest kimi şərh edilmişdi. 

Yenə Rusiyada keçirilən dünya çemmpionatında F Qrupunun Cənubi Koreya ilə Almaniya oyununda koreyalı futbolçu Honq Çul da ölkəsinin himni çalınanda hərbi salam vermişdi.

Futbolda hərbi salam təkcə türk futbolçular, ya da Qrizmannla bitmir. Dünyanın ən yaxşı futbolçusu mükafatını dəfələrlə alan portuqaliyalı ulduz Kriştiano Ronaldo da "Real" forması geyərkən qol sevincini komanda yoldaşı braziliyalı Marselo ilə hərbi salam verərək qeyd edib.

Xorvat futbolçu Mario Mandjukiç də alman komandası "Bavariya"nın formasını geydiyi zaman qol sevincini hərbi salamlarla sərgiləyib.

UEFA Çempionlar Liqasının ilk yarımfinal oyununda "Bavariya" ilə "Barselona” arasındakı oyunda o vaxt İspaniya komandasında forma geyən Tyerri Anri də qoldan sonra komanda yoldaşı Samuel Eto ilə eyni jestdən istifadə edib.

Afrika futbolunun əsas adlarından olan Emmanuel Adebayor da ölkəsi Toqonun siyasi qarışqılıq yaşadığı zaman hərbi salam verən futbolçular arasında yer alır. Adebayor "Tottenhem” forması geydiyi vaxt "Mançester Yunayted”ə vurduğu qolu eyni qaydada qeyd edib.

UEFA-nın ikili standartı türk futbolçuların hərbi salamı ilə də yekunlaşmır. "Qalatasaray”ın İsveçin "Ostersunds” komandasıyla rəqib meydanında oynadığı vaxt meydançaya girən iki nəfər PKK lideri Abdullah Öcalanın portretini qaldırmışdı.

Üç il qabaq isə "Osmanlıspor”un İsveçrənin "Sürix” komandasıyla rəqib meydanında oynadığı vaxt tribunlarada PKK-nın simvolu olan bez parçalar və Abdullah Öcalanın portretləri qaldırılmışdı. Stadiondakı təhlükəsizlik əməkdaşları bu rəzalətə səssiz qalmış, UEFA isə cüzi cərimələrlə kifayətlənmişdi.

Alpər
XƏBƏRLƏR
BLOGLAR