XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Duyğusal vida: Transfer xəbərini alan futbolçu anası ilə göz yaşları içində bazadan ayrıldı (VİDEO)
İdman18:26 02.09.2026

Duyğusal vida: Transfer xəbərini alan futbolçu anası ilə göz yaşları içində bazadan ayrıldı (VİDEO)

İspaniya La Liqasında transfer pəncərəsinin son günündə yaşanan hadisə göz yaşları ilə başa çatıb.

Qaynarinfo xəbər verir ki, “Real Betis” akademiyasının yetirməsi Pablo Qarsiyaya məcburi ayrılıq qərarını son anda biləndə duyğusal görüntülər ortaya çıxıb.

“Real Betis” La Liqanın maliyyə feyr-pley qaydalarına riayət etmək üçün akademiyasının yetirməsi Pablo Qarsiya ilə yollarını ayırıb. Klub ayrılıq qərarını və futbolçunun “Rasinq Santander”ə keçəcəyini transfer pəncərəsinin son gününün son saatlarında Qarsiyaya bildirib.

Qarsiya ailəsinə gözlənilmədən çatdırılan transfer qərarı transfer pəncərəsinin bağlanışının ən yaddaqalan görüntülərindən birinə səbəb olub. Anasının idarə etdiyi avtomobillə klubun bazasından ayrılan Pablo Qarsiya da göz yaşlarını saxlaya bilməyib və çətinliklə danışaraq azarkeşlərlə vidalaşıb.

Qarsiya göz yaşları içində “Ümid edirəm, işləriniz çox yaxşı gedər. Çempionlar Liqasında ən yaxşısı biz olarıq. "Betis" azarkeşlərinə böyük salam” sözlərini deyib.

Futbolçunun atası Ramon da göz yaşları içində “El Partidazo de Cope” proqramında ailənin hisslərini belə ifadə edib: “Uşağı gördünüz? Əşyalarını götürmək üçün şkafına getdi... Biz çox çətin anlar yaşayırıq. Amma məşqlərə başlayanda əlindən gələnin ən yaxşısını edəcək və "Rasinq" azarkeşlərini sevindirəcək. Buna əminəm".

“Real Betis”dən bir klub rəsmisi ayrılıq qərarı ilə bağlı deyib: “20 yaşlı bu gəncin bu il ən çox istədiyi şeyin mümkün qədər çox oynamaq olduğu aydındır. Əlimizdəki heyəti və nə qədər çox yüksək səviyyəli futbolçumuz olduğunu bilirik. Buna görə onun burada qalaraq alacağı hər dəqiqədən zövq alması ilə karyerasını yenidən canlandırması, oynamaq və futboldan zövq almaq üçün bir yol tapması arasında tərəddüd etdik. O da bunu istəyir".

Aydın