Bir çox insan “qocalıq qoxusu” adlandırılan və çox vaxt acımış yağla nəm çəkmiş kartonun qarışığı kimi təsvir edilən qoxunun mövcudluğundan xəbərdardır. Məlum olub ki, bu qoxu əslində yaşlanma prosesində hər kəsin epidermisində baş verən dəyişikliklərin səbəb olduğu real bioloji hadisədir.
Qaynarinfo xəbər verir ki, bu barədə “HuffPost” yazıb.
Dermatoloqlar bildirirlər ki, 40 yaşdan sonra hər keçən doğum günü ilə bir çox insanda dəri qoxusunun dəyişməsi ehtimalı artır. Alimlər hətta bu vəziyyətin “günahkarını” da müəyyənləşdiriblər. Bunun səbəbi doymamış yağ aldehidləri qrupuna daxil olan 2-nonenal adlı maddədir.
Alimlərin sözlərinə görə, “qocalıq qoxusu” yaşlı insanlarda bu aldehidin daha çox istehsal olunması nəticəsində yaranır. Xarakterik qoxunun mənbəyi də məhz budur.
Alimlər jurnalistlərə bildiriblər ki, 2-nonenal özünəməxsus qoxuya malikdir və insan yaşlandıqca onun miqdarı artır.
“Yaşlandıqca dərimizdə eyni vaxtda bir neçə proses baş verir. Dərinin antioksidant müdafiəsi zəifləyir, dərialtı yağın tərkibi dəyişir, yığılan ultrabənövşəyi şüa təsiri və ətraf mühitin yaratdığı stress isə dəridə oksidləşdirici zədələnməni gücləndirir”, deyə Pittsburq Universitetinin Tibb fakültəsinin dermatoloqu, doktor Sonal Çoudhari bildirib.
Çoudhari qeyd edib ki, 2-nonenalın səviyyəsində nəzərəçarpacaq artım adətən 40 yaşdan sonra başlayır, maddənin daha əhəmiyyətli dərəcədə toplanması isə 50 yaş və daha yuxarı dövrdə müşahidə olunur. Onun sözlərinə görə, bu, qəfil dəyişiklik deyil, tədricən baş verən prosesdir.
Dermatoloq doktor Naana Boakye əlavə edib ki, bu hadisə insanların əksəriyyətinə xasdır. O bildirib ki, araşdırmalar hər iki cinsdən olan yaşlı insanlarda bu xoşagəlməz qoxunun davamlı şəkildə müşahidə edildiyini göstərir.
Bundan başqa, alimlər bildirirlər ki, bu qoxu tər kimi sabun və suda asanlıqla həll olunmur. Ondan qurtulmaq çətindir, çünki qoxu dəri üzərində çox yaxşı qalır.
Aydın
Şərhlər