Türkiyənin Kayseri şəhərində 16 yaşlı V.E. mübahisə etdiyi ögey atası M.T.-ni bıçaqla ağır yaralayıb.
Qaynarinfo xəvər verir ki, xəstəxanaya çatdırılan şəxsin həyati təhlükəsinin davam etdiyi, vəziyyətinin ağır olduğu bildirilib. Şübhəli yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə Kayserinin Melikqazi rayonunda baş verib. Məlumata görə, hələlik məlum olmayan səbəbdən Azərbaycan vətəndaşı V.E. ilə ögey atası M.T. arasında mübahisə yaranıb və o, M.T.-ni bıçaqlayaraq ağır yaralayıb.
Ətrafdakı vətəndaşların məlumatından sonra hadisə yerinə qısa müddətdə polis və 112 Təcili Tibbi Yardım əməkdaşları göndərilib. Hadisə yerində ilkin tibbi yardım göstərilən M.T. təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılaraq müalicəyə alınıb. Xəstəxanada müalicəsi davam edən M.T.-nin həyati təhlükəsinin olduğu və vəziyyətinin ağır olduğu öyrənilib.
Hadisədən sonra qaçmağa çalışan V.E. polis əməkdaşları tərəfindən qısa müddətdə yaxalanaraq saxlanılıb.
Aydın
Şərhlər