Dünya bazarında Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb.
Qaynarinfo xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,46% artaraq 101,96 ABŞ dollarına yüksəlib. Bundan əvvəl Azərbaycan nefti 97,61 ABŞ dollarına ticarət edilmişdi.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 98,49 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,47 ABŞ dolları və ya 4,72 % artaraq 99,21 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Şərhlər