"Mnatsakanyanın Moskva səfərindən ciddi hec nə gözləmirəm”.
BunuQaynarinfo-ya açıqlamasında politoloq Hikmət Hacızadə Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Rusiyada qısamüddətli işgüzar səfərini şərh edərkən deyib. Politoloq hesab edir ki, bu, Zöhrab Mnatsakanyan üçün sıradan bir səfərdir:
"Rusiya göstərmək istəyir ki, Ermənistan da prosesə aktivlik göstərir, biganə deyil. Qısası, bu görüşdən böyük nəsə gözləmirəm. Sülhə doğru çağırşlar edəcəklər. Düşünürəm ki, əgər bu görüşdən ciddi nəticə gözlənilsəydi, Zöhrab Mnatsakanyanı deyil, Paşinyanı dəvət edərdilər”.
Qeyd edək ki, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Rusiyada qısamüddətli işgüzar səfərdədir.
Bahar Rüstəmli
Şərhlər