Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Cəlil Əliyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.
Fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80 min 507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.
11.00
Təyyarə qəzasında həlak olan, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasına qarşı kibercinayətkarlıqla bağlı cinayət işi açılıb.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
DİN Mətbuat Xidmətindən bildirilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.
Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.
Şərhlər