İraqın təhlükəsizlik orqanları İŞİD terror qruplaşmasının Səlahəddin əyalətindəki lideri Əbu Məryəm əl-Qəhtaninin və daha 5 terrorçunun hava hücumu nəticəsində öldürüldüyünü açıqlayıb.
Qaynarınfo bu barədə "Alalam" agentliyinə istinadən xəbər
verir.
İraq mətbuatı da faktı təsdiqləyib.
İraqda Terrorla Mübarizə Baş Qərargahı bu əməliyyatın Silahlı Qüvvələrin Baş Komandanlığının rəhbərliyi altında və Daxili İşlər Nazirliyinin Federal Kəşfiyyat və İstintaq İdarəsinin və İraq Hərbi Hava Qüvvələrinin iştirakı ilə həyata keçirildiyini açıqlayıb.
Bu qərargah əlavə edib ki, Əl-Qəhtani Həmrin dağları ətrafındakı ərazilərdə saxta nəzarət məntəqələri yaradaraq vətəndaşların və təhlükəsizlik qüvvələrinin qətli və oğurlanmasına nəzarət edirdi.
M.Arif
Şərhlər