XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Tramp: Ukraynadakı müharibə kifayət qədər tezliklə başa çatacaq
Dünya14:47 07.10.2026

Tramp: Ukraynadakı müharibə kifayət qədər tezliklə başa çatacaq

ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibənin kifayət qədər tezliklə başa çatacağını bildirib.

Qaynarinfo xəbər verir ki, bunu Merilend ştatının Baltimor şəhərində çıxışı zamanı deyib.

Amerika prezidenti ikinci prezidentlik müddətinin əvvəlindən etibarən guya səkkiz müharibəyə son qoyduğunu növbəti dəfə bəyan edib. Bununla yanaşı, Tramp Ukrayna ilə Rusiya arasındakı döyüşləri hələlik başa çatdıra bilmədiyini etiraf edib.

“Mən bunun üzərində işləyirəm. Düşünürdüm ki, bu müharibə mənim üçün ən asan müharibə olacaq, amma biz artıq səkkiz müharibəyə son qoymuşuq və bu müharibə də kifayət qədər tezliklə başa çatacaq. Bu müharibədə çoxlu insan ölür. Bu, absurddur. Baş verənlər absurddur, amma inanın və ya inanmayın, belə görünməsə də, əslində son yaxınlaşır”, deyə Tramp bildirib.

Sülh danışıqları ilə bağlı mühüm xəbərlər

Oktyabr ayında Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqların keçirilməsi gözlənilir. “The Atlantic”in məlumatına görə, Vaşinqton tərəflərlə enerji sahəsində atəşkəsin tətbiqini müzakirə etməyi planlaşdırır.

ABŞ-ın digər məqsədinin isə artıq dekabr ayında Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində Tramp, Volodimir Zelenski və Vladimir Putinin görüşünü təşkil etmək olduğu bildirilir.

Bu arada Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov amerikalı danışıqlar aparan Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya səfərinin gözlənildiyini bildirib. Tərəflərin Ukraynadakı müharibənin başa çatdırılması məsələsini müzakirə edəcəyi qeyd olunur.

Ukrayna Prezident Ofisinin rəhbəri Kirilo Budanov da yaxın vaxtlarda Rusiya ilə sülh danışıqlarında irəliləyiş olduğunu bildirib və məsələnin həllinin uzun çəkməyə biləcəyini qeyd edib. O, həmçinin Rusiyanın da müharibəni başa çatdırmaq istədiyini düşündüyünü deyib.

Bununla yanaşı, Moskva bu müsbət qiymətləndirməni dəstəkləməyib. Rusiya tərəfi danışıqlarda hazırda real irəliləyişin olmadığını açıqlayıb.

Aydın